“Bakı Asiya Universiteti mənim Təhsil Nazirliyinə müraciətim nəticəsində fəaliyyətini müvəqqəti dayandırıb”. “Bakı Asiya Universiteti mənim Təhsil Nazirliyinə müraciətim nəticəsində fəaliyyətini müvəqqəti dayandırıb”.

Bağlanan universitetin rektoru danışdı: “Müvəqqətidi...”

“Bakı Asiya Universiteti mənim Təhsil Nazirliyinə müraciətim nəticəsində fəaliyyətini müvəqqəti dayandırıb”.

Bunu AzNews.az –a açıqlamasında Bakı Asiya Universitetinin rektoru, professor Cəlil Nağıyev deyib.

O, bildirib ki, müraciətin əsas səbəbi universitetdə təhsil alan tələbələrin sayının azlıq təşkil etməsidir: "Şöbələr, qəbul planı və tələbələr az idi. Gələcəyə qəbul planını artırmaq lazımdır. Hazırda 270 tələbə təhsil alır. Ümid edək ki, gələcəyə bu sıxıntı aradan qaldırılacaq. Tələbələrin sayı artdığı təqdirdə universitet fəaliyyətini bərpa edəcək".

Xatırladaq ki, Bakı Asiya Universiteti fəaliyyətinin dayandırması haqqında məlumat bu gün yayılıb. Hazırda orada təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilir.

Bahar
AzNews.az