Sentyabr ayının 17-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minir. Sentyabr ayının 17-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minir.

Bakı-Sumqayıt qatarının yeni hərəkət cədvəli

Sentyabr ayının 17-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minir.


AzNews.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun Anspress-ə verdiyi məlumata görə, sərnişin sıxlığını nəzərə alaraq, sabahdan etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlinə bir marşrut əlavə ediləcək.

Əlavə olunan elektrik qatarı saat 07:50-də Bakı sərnişin stansiyasından, saat 09:00-da Sumqayıt sərnişin stansiyasından yola düşəcək.

Bakı sərnişin stansiyasından ilk Bakı-Sumqayıt elektrik qatarı saat 05:10-də, sonuncu qatar isə 20:30-da yola düşür.

Sərnişin sıxlığı ilə bağlı Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.

"Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunmuş KİSS markalı elektrik qatarının birincisi Bakı sərnişin stansiyasına mayın 30-da, ikincisi isə isə mayın 31-də gətirilib. İlin sonuna qədər isə ölkəmizə daha iki elektrik qatarı gətiriləcək.

Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksək keyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir.


Bakı-Sumqayıt qatarının içi