Ermənistanda “Sibir xorası” aşkarlandı

Ermənistanda "Sibir xorası" aşkarlanıb. Səhiyyə Nazirliyinin məlumatına görə, Vardenis rayonunda insanlar arasında "Sibir xorası"nın yayılması ilə bağlı məlumatlar araşdırılıb.

Şübhəli şəxslərdən analizlər götürülərək labaratoriyada müayinə edilib. Xəstəxanaya yerləşdirilən 17 nəfərdən 15 ilə bağlı müayinələr aparılıb. Onlardan birində "Sibir xorası"nın olduğu təsdiqlənib.

Elnarə Əlosmanqızı
AzNews.az