Bu gündən etibarən Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə seminar-müşavirələrə başlayır. Bu gündən etibarən Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə seminar-müşavirələrə başlayır.

MSK ilə DİN birgə seminar-müşavirə keçirəcək

Bu gündən etibarən Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə seminar-müşavirələrə başlayır.



MSK-dan AzNews.az-a verilən məkumata görə, Milli Məclisə seçkilər prosesində və səsvermə günü ictimai qaydanın pozulması hallarının qarşısının alınması istiqamətində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən zona seminar-müşavirələrində dairə seçki komissiyalarının sədrləri və polis orqanları nümayəndələrinin iştirakı nəzərdə tutulur. Seminar-müşavirələrdə Mərkəzi Seçki Komissiyasının üzvləri, MSK Katibliyinin əməkdaşları və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının nümayəndələrinin Milli Məclisə seçkilərin keçirilməsi və bu proseslərdə polisin rol və vəzifələri ilə bağlı müxtəlif mövzularda çıxışları dinləniləcək, təqdimatlar və müzakirələr aparılacaq.

Sentyabrın 21-dən start götürən seminar-müşavirələrin sentyabrın 30-dək davam etməsi nəzərdə tutulur.

AzNews.az