Bu gün Xətai Rayon Məhkəməsində Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİDYPİ) rəisi, polkovnik Nuşirəvan Səfərovun “azpolitika.info” saytının rəhbəri Elnur Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı məhkəmənin hazırlıq iclası baş tutmayıb. Bu gün Xətai Rayon Məhkəməsində Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİDYPİ) rəisi, polkovnik Nuşirəvan Səfərovun “azpolitika.info” saytının rəhbəri Elnur Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı məhkəmənin hazırlıq iclası baş tutmayıb.

Baş redaktora qarşı açılan məhkəmə təxirə salındı

Bu gün Xətai Rayon Məhkəməsində Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİDYPİ) rəisi, polkovnik Nuşirəvan Səfərovun “azpolitika.info” saytının rəhbəri Elnur Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı məhkəmənin hazırlıq iclası baş tutmayıb.

Bu barədə AzNews.az-a saytın rəhbəri Elnur Məhərrəmli məlumat verib.
Belə ki, E.Məhərrəmli şəxsi vəkillə müqavilə bağlamadığı üçün məhkəmə prosesində hakimdən işi təxirə salınmasını istəyib. Hakim də sayt rəhbərinin xahişini yerinə yetirib.

Məhkəmənin hazırlıq iclası sentyabrın 29-na təyin edilib.

Qeyd edək ki, bu il avqustun 31-də "azpolitika.info" saytında "Nuşirəvan və "bayquşlarının" sərgüzəştləri - DYP mafiyası məğlubedilməzdir?!" adlı yazı yayımlanıb. N.Səfərov yazıda təhqir olunduğunu iddia edib. O, məhkəmədən E.Məhərrəmlinin Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib.