Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “İlboyu bilik" proqramı çərçivəsində daha bir aksiyaya start verib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “İlboyu bilik" proqramı çərçivəsində daha bir aksiyaya start verib.

Bilik Fondu “Oxuyaq, oxudaq!” adlı aksiya keçirdi - Fotolar

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “İlboyu bilik" proqramı çərçivəsində daha bir aksiyaya start verib.


AzNews.az xəbər verir ki, "Oxuyaq, oxudaq!" adlı tədbirin mahiyyəti asudə vaxtın səmərəli təşkilidir: Dükanda, bazarda çalışan, alış-veriş edən, avtobus, taksi sürücüləri və sərnişinlər boş vaxtlarını kitab oxumaqla keçirə bilərlər.

Bilik Fondunun əməkdaşlarından və könüllülərindən ibarət böyük bir heyət bu məqsədlə Bakının müxtəlif məkanlarında olublar.

Marketdə, bazarda və avtovağzal ərazisində "Oxuyaq, oxudaq" şüarı altında aksiya keçirilib. Bilik Fondunun Könüllülər Birliyinin üzvlərinin kitab payladıqlarını görənlər aksiyanı çox böyük maraqla qarşılayıblar.

Böyüməkdə olan nəsil hər yerdə, zamanından və məkanından asılı olmayaraq, böyüklərin boş vaxtlarını kitab oxumaqla keçirdiklərini görüb istər-istəməz kitaba meyillənəcək.

Bir vaxtlar metroda, qatarda, hətta marşrut taksilərin dayanacaqlarında növbə gözləyən insanlar kitab oxuyardılar. Dövr dəyişdi, bu dəyişiklik keşməkeşində bir çoxları oxumaq vərdişlərini yadırğadılar. İndi hamının həyatında, o cümlədən cəmiyyətdə bir axara düşmək müşahidə olunur. Kitab oxumaq kimi gərəkli vərdişə yenidən qayıtmaq cəmiyyətin yaşam tərzinin öz axarına düşməsini bir az da rahatlaşdırar.

Aksiyada 100-dən artıq ədəbiyyat öz oxucusuna qovuşub. Onu da deyək ki, paylanan kitabların bir qismini Bilik Fondu alıb, bir qismini də könüllülər toplayıblar. Bilik Fondunda kitab yığmaq üçün xüsusi şəffaf qutu var. Fonda gələn qonaqlar, könüllülər, əməkdaşlar oxuduqları kitabı həmin qutuya qoyurlar, sonradan həmin kitablar başqa oxuculara çatdırılır.

Bilik Fondunu hər yerdə gözləyin, gəlib sizə kitab verəcək, "oxuyaq" – deyəcək.

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description