"Heç kəs gözləməməlidir ki, cənab Prezidentin tamamilə düzgün ifafə etdiyi tənqiddən sonra nazirlik bir dəqiqənin içində əmr imzalayacaq və bütün qiymətlər 100 faiz aşağı düşəcək, sabahdan hamı bütün hotellərə pulsuz gedəcək. Belə şeylər yoxdur və olmayacaq". "Heç kəs gözləməməlidir ki, cənab Prezidentin tamamilə düzgün ifafə etdiyi tənqiddən sonra nazirlik bir dəqiqənin içində əmr imzalayacaq və bütün qiymətlər 100 faiz aşağı düşəcək, sabahdan hamı bütün hotellərə pulsuz gedəcək. Belə şeylər yoxdur və olmayacaq".

Nazirdən turizm qiymətlərinin endirilməsinə dair - Açıqlama

"Heç kəs gözləməməlidir ki, cənab Prezidentin tamamilə düzgün ifafə etdiyi tənqiddən sonra nazirlik bir dəqiqənin içində əmr imzalayacaq və bütün qiymətlər 100 faiz aşağı düşəcək, sabahdan hamı bütün hotellərə pulsuz gedəcək. Belə şeylər yoxdur və olmayacaq".


AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə deyib.

Nazir bildirib ki, son vaxtlar Azərbaycanda turizm xidmətlərinin qiymətlərinin baha olması haqqında olduqca böyük tənqidlər deyilir: "Bunlar hamısı yaşayış səviyyəsi ilə bərabər olan xidmət qiymətləridir. Biz bu gün yalnız Azərbaycanın hansısa məkanında turizm xudmətinin baha olmasından danışmamalıyıq. Bu, kompleks yanaşmanın tələb olunduğu məsələdir. Bir turistə xidmət göstərmək üçün azı 5 sahədə çalışan insanın əməyi sərf olunur".

Ə.Qarayevin sözlərinə görə, Azərbaycanda turizm sənayesi antimonopol, tam sərbəst şəraitdə fəaliyyət göstərən bir sənaye istiqamətidir: "Bu gün turizm məkanında süni şişirtmələr olduğu yerdə qiymətlər artıq bizim yoxlamalardan sonra azalıb. Yay mövsümünün sonu üçün regionlarda yerləşən hotellərin 30 faizində qiymətlər təxminən 10-15 faiz azalıb".

Ə.Qarayev deyib ki, qiymətlərin normal olması üçün iqtisadi mexanizmlərin hamısı bir-birini tamamlamalıdır: "Növbəti mövsümə qədər bizdə mənzərə artıq tam aydın olacaq. Lakin yay mövsümünün nəticələri onu göstərir ki, Azərbaycanda hotellərin doldurulması həftə sonu minimum 92-93 faiz təşkil edib. Bu o deməkdir ki, hotellərin hamısı bron olub və onlardan istifadə olunub. Əgər qiymətlər bahadırsa, onda yerlər necə alınır? Demək, sakinlərimizdə alıcılıq qabiliyyəti mövcuddur ki, o yerlərdən istifadə olunur. Sözsüz ki, biz də istəyərdik ki, daha aşağı təbəqələr üçün daha ucuz qiymətlərin olması imkanları yaradılsın. Bununla bağlı tapşırıqlar verilib. 3 ulduzlu hotellərin tikilməsi regionların iqtisadi inkişafı ilə bağlı olan layihələrdə artıq öz əksini tapıb. Bu məsələ İqtisadiyyat və Sənaye, Mədəniyyət və Turizm nazirlikləri və icra hakimiyyətləri tərəfindən nəzərə alınır".

Nazir qeyd edib ki, cənab Prezident tərəfindən turizm sənayesinə böyük dəstək də verilib: "Bu yaxınlarda Prezident İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyinin nizamnaməsini və tarixi abidələrin qorunması ilə bağlı yaradılan yeni qurumun əsasnaməsini təsdiq edərkən bir necə fərman imzaladı. Bu fərmanlara uyğun olaraq, turizm məkanlarına qanunsuz müdaxilə olmaması, onların fəaliyyətlərinin sərbəst apaılması, onlar üçün lazımi iqtisadi şəraitin yaradılması ilə bağlı tapşırıqlar verdi. İki ay müddətində hotellərin sertifikatlaşdırılması işinin dünya standartlarına uyğunlaşdırılması tapşırığı verilib".