- Köhnə - Cəmiyyət
- 5 Oktyabr 2015 10:45
- 4 549
Azərbaycanda müəllimlər günü qeyd olunur
Bu gün Beynəlxalq Müəllimlər Günüdür.
AzNews.az-ın məlumatına görə, 1966-cı il, oktyabrın 5-dən etibarən YUNESKO tərəfindən bu gün bayram kimi qeyd edilir. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. Hazırda dünyanın 100-dən çox ölkəsində, həmçinin bizdə də bu gün müəllimlər öz peşə bayramını qeyd edirlər.
Azərbaycanda bu, 2000-ci ildən bəri qeyd olunmağa başlayıb.