Bakıda ilk dəfə onlayn xidmət göstərən seks-şop açılıb. Bakıda ilk dəfə onlayn xidmət göstərən seks-şop açılıb.

Azərbaycanda seks-şop açıldı – FOTO

Bakıda ilk dəfə onlayn xidmət göstərən seks-şop açılıb.


AzNews.az oxu.az-a istinadən xəbər verir ki, seks-şop öz fəaliyyətini Facebook sosial şəbəkəsi üzərindən həyata keçirir.

Belə ki, xüsusi olaraq yaradılmş səhifədə bildirilir ki, intim oyuncaqlar sifariş verdikdən sonra 3 - 4 həftəyə kuryer vasitəsi ilə evə çatdırılır. Bu zaman sifarişçi özü barəsində məlumatları da qeyd etməlidir.

Onu da xatırladaq ki, Bakıda seks-şopun açılması ilə bağlı məsələ ötən il qaldırılmışdı. Almaniyanın "Fun Factory GmbH" şirkəti bu işi həyata keçirməyi planlaşdırsa da, sonradan heç bir nəticə olmadı.

Səbəb kimi Azərbaycan əhalisinin belə bir mağazanın yaradılmasına qarşı kəskin reaksiyası oldu, əhali bu tipli məhsulların satışının həyata keçirilməsini milli-mənəvi dəyərlərimizə zidd addım kimi qiymətləndirmişdi.