- Köhnə - Cəmiyyət
- 25 Oktyabr 2012 06:32
- 2 421
“Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır”

Bayram namazı oktyabrın 26-da Əjdərbəy və Təzəpir məscidlərində saat 09:00-da qılınacaq
"Müqəddəs bayram günündə kəsilən qurbanlıqları baytarlıq qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilməsini tövsiyyə edirik". Bunu AzNews.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətva şöbəsinin müdiri, Qazılar Şurasının üzvü Hacı Mirəziz Seyidzadə bildirib.Onun sözlərinə görə, Qurban bayramı sosial-mənəvi həyatımızın tərkib hissəsinə çevrilmiş bayramlardan biridir.
Bayramla bağlı QMİ-nin fətvasının olduğunu diqqətə çatdıran M.Seyidzadə deyib ki, müqəddəs Qurban bayramı (Eydül-Əzha) bu il miladi tarixi ili 25-26 oktyabr 2012-ci ilə təsadüf edir: "Bu münasibətlə Azərbaycan xalqını və eləcə də bütün müsəlmanları təbrik edirik. Şəriət qanunlarına görə qurban kəsmək əsasən Məkkədə hacılara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında cox bəyənilmiş əməllərdən hesab olunur. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır".
Xatırladaq ki, hökumətin qərarı ilə bu il Azərbaycanda 25-26 oktyabr tarixləri Qurban bayramı elan edilib. Belə ki, oktyabrın 25-i bayram axşamı, 26-sı isə bayram günüdür. Bayram namazı oktyabrın 26-da Əjdərbəy və Təzəpir məscidlərində saat 09:00-da qılınacaq.
Vasif Həsənli
AzNews.az