Siyahıya Ermənistan rəhbərlik edir Siyahıya Ermənistan rəhbərlik edir

20 min azərbaycanlı ABŞ vətəndaşlığı alıb

Siyahıya Ermənistan rəhbərlik edir



Son 10 ildə Amerikada səsvermə hüququ olanlar arasında ermənilərin sayı nəzərəçarpacaq dərəcədə artıb. 2001-2010 –cu illərdə ABŞ-da vətəndaşlıq almış Zaqafqaziya ölkələri vətəndaşları sıyahısına Ermənistan rəhbərlik edir.

Belə ki, bu illər ərzində Ermənistandan ABŞ-a gedənlərin sayı 19649 nəfər təşkil edib. ABŞ vətəndaşlığı alan Gürcüstan vətəndaşları 5 min, Azərbaycan vətəndaşları isə 9300 nəfər olub.

ABŞ-da yaşamaq hüququ verən "Green card" alan ermənilərin sayı isə daha da artaraq 30 minə çatıb. Bununla bağlı rekord göstərici 2006-cı ildə qeydə alınıb- 6 min nəfər.10 il ərzində 13 min gürcü, 11 min isə azərbaycanlı "Green card" alıb.

Beləliklə də 2010-cü ildə Amerikadakı erməni icması 536 min nəfər təşkil edib.

Alpər Oğuz
AzNews.az