“Artıq üç gündür ki, yeni işimin başındayam”. “Artıq üç gündür ki, yeni işimin başındayam”.

İcra başçısının sabiq müavini yeni vəzifəsindən danışdı

“Artıq üç gündür ki, yeni işimin başındayam”.


Bunu AzNews.az –a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti tabeliyində "BakuBus" MMC-ə mətbuat katibi Nuridə Allahyarova deyib.

O, bildirib ki, bu günə kimi mətbuata açıq olub və bundan sonra da həmin prinsiplə işləyəcək: "Bu günə kimi mətbuatla işləmişəm. Mətbuatın bütün suallarına açığam. Hansı məsələ olursa-olsun onu cavablandırmağa hazıram".

N.Allahyarova Binəqədi Rayon İcra Hakimiyyətindəki vəzifəsiylə yeni işinin fərqi barədə də danışıb: "Hər iki vəzifə məsuliyyətlidir. Çünki ikisində də söhbət xidmətdən gedir. İş yerlərimi müqayisə etmirəm, hamısı əzizdir. Harada xidmət varsa, mən orada özümü yaxşı hiss edirəm. Binəqədi rayonunda vətəndaşlara xidmət edirdik, bu vəzifəmdə isə sərnişinlərə. Bütün hallarda mənim üçün xoşdur".

Qeyd edək ki, N.Allahyarova Bakı Şəhər İcra Hakimiyyəti tabeliyində "BakuBus" MMC-ə mətbuat katibi təyin olunub. Bundan əvvəl Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bahar RÜSTƏMLİ
AzNews.az