Bir neçə gün əvvəl Bakının mərkəzi küçələrində motosikletlərin hərəkətini məhdudlaşdıran yol-hərəkət nişanları quraşdırılmışdı. Bir neçə gün əvvəl Bakının mərkəzi küçələrində motosikletlərin hərəkətini məhdudlaşdıran yol-hərəkət nişanları quraşdırılmışdı.

Bakının mərkəzində motosikletlərə qoyulan qadağa götürüldü

Bir neçə gün əvvəl Bakının mərkəzi küçələrində motosikletlərin hərəkətini məhdudlaşdıran yol-hərəkət nişanları quraşdırılmışdı.


AzNews.az lent.az-a istinadən xəbər verir ki, yol polisinin nəzarəti ilə quraşdırılan nişanların yığışdırılmasına başlanılıb və məhdudiyyət tamamilə aradan qaldırılıb.

Bildirilir ki, motosikletlərin hərəkətinin məhdudlaşdırılması qərarı bu nəqliyyat vasitələrinin motorlarının çıxardığı güclü səsə görə verilmişdi.

Qeyd edək ki, Azərbaycanda ümumi istifadədə olan yollarda motosikletlərin hərəkətinin məhdudlaşdırılması qanunla nəzərdə tutulmayıb. Lakin yaxın gələcəkdə bunun qanuniləşdirilməsi mümkündür.