Məzahir Pənahovun sədrliyi ilə noyabrın 5-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Məzahir Pənahovun sədrliyi ilə noyabrın 5-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

MSK protokolları təsdiq etdi

Məzahir Pənahovun sədrliyi ilə noyabrın 5-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.


AzNews.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, əvvəlcə Komissiyanın 2 noyabr 2015-ci il tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-də keçirilmiş seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb.

Ərizəçilərin və digər maraqlı şəxslərin də iştirakı ilə MSK üzvləri tərəfindən aparılan müzakirələrdən sonra müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Xarici qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.