Rusiya Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski Dövlət dumasında çıxışında azərbaycanlı oliqarx Telman İsmayılovun müflis olması məsələsinə toxunub. Rusiya Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski Dövlət dumasında çıxışında azərbaycanlı oliqarx Telman İsmayılovun müflis olması məsələsinə toxunub.

Jirinovski AST Telmanın iflasından danışdı

Rusiya Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski Dövlət dumasında çıxışında azərbaycanlı oliqarx Telman İsmayılovun müflis olması məsələsinə toxunub.


AzNews.az-ın anspress-ə istinadən məlumatına görə, siyasətçi təklif edib ki, xaricə pulun çıxarılması məhdudlaşdırılsın.

Qalmaqallı siyasətçi bunun Rusiya iqtisadiyyatına zərər verdiyini düşünür. Jirinovskinin bu təşəbbüsü haqqında partiyanın mətbuat xidməti də xəbər yayıb.

Nümunə kimi Jirinovski "Çerkizovsk" bazarının keçmiş sahibinin bu yaxınlarda öz əsas aktivini, Türkiyədə yerləşən lyuks "Mardan Palace" mehmanxanasının satışını göstərir.

"Bir müddət əvvəl Türkiyədə ölkənin ən bahalı mehmanxanası "Mardan Palace"ın yarı qiymətə satılması barədə xəbər yayıldı. Ora Moskva "Çerkizovsk"unun müflis olmuş keçmiş sahibi Telman İsmayılov tərəfindən tikilmişdi. Yəni o Rusiyadan Moskvada qazanılmış pulu çıxarıb öz əsas aktivini türklərə hədiyyə etməyə məcbur oldu. Faktiki olaraq biz milyonlarla dolları qonşu ölkə hədiyyə etdik", - deyə Jirinovski bildirib.

Belə hadisələrin təkrarlanmaması üçün Rusiya Liberal-Demokratik Partiyasının lideri xaricə pul vasitələrinin çıxarılmasını qadağan etməyi, sərt valyuta kontrolu tətbiq etməyi və pulu yalnız konkret müqavilələr əsasında xərcləməyə icazə verməyi təklif edir.


"Mardan Palace" oteli

Rusiyada fiziki şəxslərin müflisləşməsi haqqında bir müddət əvvəl qüvvəyə minmiş qanun çərçivəsində "Moskva bankı", AST şirkətlər qrupunun, eyni zamanda, "Çerkizov" bazarının keçmiş sahibi Telman İsmayılovun müflisləşməsi haqqında ərizə verib. "Moskva bankı" biznesmenə verilmiş kreditləri geri almaq niyyətindədir. Bank ondan 286 mln. dolların qaytarılmasını tələb edir.


Satış barədə sənəd

Son zamanlar Telman İsmayılovun maliyyə problemləri yaşadığı açıq aşkar idi. Onun borclu olduğu banklardan biri "Vneştorqbank" (VTB) girov qoyulmuş, bazar qiyməti 250 milyon dollar olan daşınmaz əmlakına cəmi 33 milyon dollar dəyərində qiymət verib.


"Mardan Palace" otelinin ərazisi