BƏƏ İrana qarşı açıq mesaj verdi! - İrana güvənmək olmaz

BƏƏ prezidentinin baş müşaviri Ənvər Qarqaş bildirib ki, İranın Hürmüz boğazı ilə bağlı birtərəfli qərarlarına etibar etmək mümkün deyil. O, Tehranın qonşularına qarşı “xəyanətkar aqressiya” nümayiş etdirdiyini iddia edib.

Qarqaş qeyd edib ki, Hürmüz boğazı ətrafında gedən müzakirələr İranın nəzarəti və ya təminatları üzərində deyil, beynəlxalq hüquq və kollektiv beynəlxalq iradə əsasında qurulmalıdır.

“Hazırkı müzakirələrdə beynəlxalq iradə və beynəlxalq hüququn müddəaları bu həyati əhəmiyyətli keçiddə gəmiçilik azadlığının əsas təminatçısı olmalıdır”, – deyə o bildirib.

Onun açıqlaması region ölkələrinin İranın bu strateji su yolunda yeni qaydalar formalaşdırmaq cəhdlərinə qarşı çıxması fonunda səsləndirilib. Müharibə dövründə bu ərazidə gəmiçilik fəaliyyəti dəfələrlə pozulub.

Mövsüm,

AzNews.az