Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Bərdədə vətəndaşları qəbul edəcək. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Bərdədə vətəndaşları qəbul edəcək.

Aydın Əliyev 4 rayonun sakinlərini qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Bərdədə vətəndaşları qəbul edəcək.


Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev noyabrın 27-də saat 10:30-da Bərdə şəhərindəki akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseydə (M.Ə. Rəsulzadə küç. 61) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bölgədə yerləşən rayonların - Bərdə, Ağdam, Tərtər, Goranboy rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar noyabrın 26-sı saat 10:30-dək "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.