Leyen: İranla bağlı istənilən sülh razılaşması raket proqramına toxunmalıdır

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen çərşənbə günü bildirib ki, İranla bağlı hər hansı bir sülh razılaşması onun nüvə və ballistik raket proqramlarını əhatə etməlidir.

O, atəşkəsin diplomatiya yolu ilə qorunması üçün səylərin davam etdiyini bildirib və münaqişəyə davamlı son qoyulmasına və Hörmüz boğazında təhlükəsiz naviqasiyaya çağırıb.

Mövsüm,

AzNews.az