“Muğanbank”ASC noyabrın 23-də Binəqədi filialının qarşısında banka olan borcunu ödəyə bilməyən Naxçıvan sakini Malik Hüseynovun özünü yandıraraq intihara cəhd etməsi ilə bağlı açıqlama yayıb. “Muğanbank”ASC noyabrın 23-də Binəqədi filialının qarşısında banka olan borcunu ödəyə bilməyən Naxçıvan sakini Malik Hüseynovun özünü yandıraraq intihara cəhd etməsi ilə bağlı açıqlama yayıb.

Bankdan özünü yandıran şəxslə bağlı - Açıqlama

“Muğanbank”ASC noyabrın 23-də Binəqədi filialının qarşısında banka olan borcunu ödəyə bilməyən Naxçıvan sakini Malik Hüseynovun özünü yandıraraq intihara cəhd etməsi ilə bağlı açıqlama yayıb.


Bankdan AzNews.az-a daxil olan məlumata görə, "Muğanbank"ın bu adda müştərisi yoxdur: "Nəzərinizə çatdırmaq istəyirik ki, nəinki Binəqədi filialında, ümumiyyətlə "Muğanbank" ASC-də Hüseynov Malik Abbas oğlu adlı müştəri yoxdur və bank tərəfindən DYP–yə Hüseynov Malik Abbas oğluna məxsus avtomobilin saxlanılmasına dair müraciət olunmayıb".

Sevinc YASİNQIZI
AzNews.az