ANS televiziyasının 24 yaşının tamam olduğu gündə Xoşqədəm Hidayətqızının “Deməsəm olmaz” verilişində qalmaqal yaşanıb. ANS televiziyasının 24 yaşının tamam olduğu gündə Xoşqədəm Hidayətqızının “Deməsəm olmaz” verilişində qalmaqal yaşanıb.

ANS-də “sıxışdırılan” alimdən sərt ittihamlar – Xoşqədəm hörmətsizlik edib? (Video)

ANS televiziyasının 24 yaşının tamam olduğu gündə Xoşqədəm Hidayətqızının “Deməsəm olmaz” verilişində qalmaqal yaşanıb.

Verilişə dəvət olunan professor Əjdər Ağayev, ekspert Etibar Əliyev və Təhsil Nazirliyinin iki nümayəndəsinə hörmətsizlik olunub. 50 illik təhsil təcrübəsi olan Ə.Ağayevin X.Hidayətqızı tərəfindən dəqiqi başı sözü yarımçıq kəsilib, ona yaraşmayan şəkildə rəftar olunub.

Professor Əjdər Ağayev AzNews.az-a açıqlamasında X.Hidayətqızının bu hərəkətini mədəniyyətsizlik adlandırıb: "Aparıcının verilişdəki qonaqlara qarşı çox iddialı, eqoist yanaşması, oradakı adamların fikirlərini dinləməməsi, "sənlə razı deyiləm", "sən dayan" kimi ifadələrlə sözünü kəsməsi hamını əsəbiləşdirdi. Veriliş yüksək mədəniyyət səviyyəsində qurulmadı. Xoşqədəm xanım əsəbi vəziyyətdə efirə çıxmışdı. Niyə belə idi, bilmirəm. Ən maraqlısı isə odur ki, qaldırdığı məsələləri bilmirdi. Gərək o, özü ilk öncə təhsili öyrənəydi ki, mənim kimi 50 illik təhsil mütəxəssisi ilə danışa bilsin. Xoşqədəm o səviyyədə olmadığından dediklərimizi başa düşmürdü. Mən yaşda adama deyir ki, "sənlə razı deyiləm, dayan". Onun bu hərəkəti hamını, o cümlədən məni də narazı saldı".

Ə.Ağayev qeyd edib ki, həmin verilişdə onunla yanaşı Təhsil Nazirliyinin iki rəsmi nümayəndəsi iştirak edib və sonda yaranmış vəziyyəti qonaqlar öz aralarında müzakirə edib: "Aparıcı o insanlara qarşı da kobud rəftar elədi. Onun aparıcılıq mədəniyyətinin olmaması bizi narazı saldı. Mən 35 il aparıcı olmuşam. Sən məni dəvət etmisən, pulsuz-parasız gəlmişəm, 3 saat verilişində vaxt itirmişəm, amma məni hesaba almırsan? Mədəniyyətsizlik edirsən? Mənə hər yerdən telefon zəngləri gəldi. Dedilər ki, bütün respublika səni dinlədiyi halda sizə qarşı belə mədəniyyətsizlik olundu. Özü də bu tək mənə deyil, hamıya qarşı. Mən bu sahənin ağsaqqalı, professor, elmlər doktoru, təhsil sahəsində nüfuzlu adamam".

Ekspert vurğulayıb təhsil sahəsindən xəbəri olmayan aparıcı efirdə heç kəsin fikri ilə razılaşmırdı: "Bu adamın təhsildən xəbəri yoxdur. Mən hiss elədim o, təhsili bilmir, onun inkişaf xüsusiyyətlərindən xəbərsizdir. Sadəcə olaraq, verilişi küçə söhbətləri səviyyəsində aparmaq istədi. Biz də küçə səviyyəsində danışası adamlar deyilik. O, qonaqlarını səhv salıb. Hamı gördü ki, o, özünü necə aparır".

Ə.Ağayev məsələ ilə bağlı narazılığıni Mirşahin Ağayev çatdırdığını: "Mirşahin müəllimin köməkçisi ilə danışdım. Yəqin ki, bu yazını Mirşahim müəllim oxuyacaq".



Bahar RÜSTƏMLİ
AzNews.az