Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin həyat yoldaşı Tamara Hacıyevanın səhhəti yaxşılaşıb və stabildir. Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin həyat yoldaşı Tamara Hacıyevanın səhhəti yaxşılaşıb və stabildir.

“Həyat yoldaşı Tofiq Hacıyevin ölümündən xəbərsizdir”

Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin həyat yoldaşı Tamara Hacıyevanın səhhəti yaxşılaşıb və stabildir.


Bu barədə AzNews.az-a 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsindən məlumat verilib. Məlumata görə, T.Hacıyevanın vəziyyəti yaxşılaşsa da həyat yoldaşı Tofiq Hacıyevin vida mərasimində iştirak etməyəcək. Buna səbəb T.Hacıyevanın həyat yoldaşının ölümündən xəbərsiz olmasıdır: "Tamara xanım hələ də Tofiq müəllimin öldüyünü bilmir. Biz də bu barədə ona heç nə deyə bilmərik. Bu vəziyyətdə ona belə bir xəbəri vermək düzgün deyil".

Qeyd edək ki, akademik Tofiq Hacıyev noyabrın 27-də yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Mərhumun həyat yoldaşı Tamara Hacıyeva isə evdə huşsuz vəziyyətdə tapılaraq 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinin reanimasiya şöbəsinə yerləşdirilib.

Bahar RÜSTƏMLİ
AzNews.az