“Yolda süni postlar qurublar” - Təranə Səmədova

“Maşınımın üstündə həbs vardı deyə, istəmirdim ki, cərimə meydançasına aparsınlar”.


AzNews.az xəbər verir ki, bu sözləri lent.az-a ötən gün Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan prodüser Təranə Səmədova deyib. O bildirib ki, sərxoş deyilmiş:

"Ötən gün bir tanışımızın ad günündən çıxmışdım. Getdiyim yerdə gördüm ki, yolda süni postlar qurublar. Polislər saxladılar, mən də adam var idi onu gözləyirdim ki, gəlsin, maşınımı aparmasınlar. Məni saxlayan yol polis əməkdaşları da bu tabesizliyi özlərinə hörmətsizlik kimi qəbul edib, kömək üçün post patrul çağırdılar. Kamera da bunu lentə aldı. Dostum meyxanaçı Pərviz də sağ olsun ki, mənə görə narahat olub gəldi. Burada şişirdiləsi nəsə yoxdur".

Xatırladaq ki, T.Səmədovanı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları Nəsimi rayonu ərazisində saxlamışdılar.