Prezidentdən Kamal Abdulla ilə bağlı - Sərəncam

Prezident İlham Əliyev Kamal Abdullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


AzNews.az xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətinə görə Kamal Mehdi oğlu Abdullayev "Şöhrət" ordeni ilə təltif edilsin".