Bakının mərkəzində, yaşayış binasının zirzəmisində əxlaqsızlıq yuvasının açıq-aşkar fəaliyyət göstərməsi, həmin ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub. Bakının mərkəzində, yaşayış binasının zirzəmisində əxlaqsızlıq yuvasının açıq-aşkar fəaliyyət göstərməsi, həmin ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.

“Masaj salonu” adı ilə fəaliyyət göstərən əxlaqsızlıq yuvası - Fotolar

Bakının mərkəzində, yaşayış binasının zirzəmisində əxlaqsızlıq yuvasının açıq-aşkar fəaliyyət göstərməsi, həmin ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.


Rəşid Behbudov küçəsi 100 ünvanında yaşayan sakinlər həmin ünvanda "masaj salonu" adı ilə fəaliyyət göstərən əxlaqsızlıq yuvasının olmasından şikayətçidirlər. Ən dəhşətlisi isə, "fahişəxana"nın məhz şəhərin mərkəzi küçəsində yerləşməsidir.

AzNews.az xəbər verir ki, Musavat.com-un əməkdaşı adıçəkilən əraziyə baş çəkərək, vəziyyəti müşahidə edib.

Məhəllə sakinləri həmin "masaj salonu"nun təqribən 4-5 ildir ki, fəaliyyət göstərdiyini dedilər. Onların sözlərinə görə, illərdir ki, "fahişəxana" kimi fəaliyyət göstərən bu əxlaqsızlıq yuvasının olması ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət ediblər, lakin hələ də bu qanunsuzluğun qarşısı alınmayıb.

Əxlaqsızlıq yuvalarının gizli, ictimaiyyətin diqqətindən kənarda fəaliyyət göstərdiyi hər kəsə məlum olsa da, burada vəziyyət tamam fərqlidir. Üzərində adı qeyd olunmayan "masaj salonu" müştəri cəlb etmək üçün elə şəhərin mərkəzi küçəsindəcə oz "iş"ini qurub və kifayət qədər məşhur məkana çevrilib.

Ətrafda olan sakinlərin dili ilə desək, bu məkan Bakıda "məşhur fahişəxana"dır. Bir neçə dəqiqə müşahidə aparmaq kifayətdir ki, açıq-aşkarda mini ətəkli qızların içəriyə daxil olmalarını və müştərilərin avtomobillərinə minmələrinin şahidi olasan. Müştəri qismində daxil olub, içəridəki durumu da müşahidə etdik. Günorta saatları olsa da, "masaj salonu"nda iki gənc qız əyləşib, müştərilərə lazımi məlumatları verirdilər.

Müştərilərə "xidmət" göstərən qızların sayının az olmasına gəlincə isə, axşam saatlarına doğru 10 nəfərə yaxın qızın "iş" başında olacağını bildirdilər. Salona nəzarət edən şəxs dedi ki, 1 saatlıq "münasibət" üçün 50 manat tələb olunur.

Adının çəkilməsini istəməyən məhəllə sakini isə artıq bu pozğunluqdan bezdiklərini, çıxılmaz vəziyyətdə olduqlarını dedi: "Binanın aşağısında əxlaqsızlıq yuvası var. Məhəllədə camaat "boğaza yığılıb". Dəfələrlə bu barədə şikayət etmişik. Deyilənə görə, buraya Arif adlı şəxs nəzarət edir. Eşitdiyimizə görə, əvvəllər gömrükdə işləyib. Onun şəhərin mərkəzində onlarla belə obyektləri var. Səhərə qədər musiqinin və yüngül əxlaqlı qızların səs-küyü evimizin içərisindədir".

Hidayət adlı məhəllə sakini "masaj salonu"ndakıların əlindən axşam saatlarında bayıra çıxmağın mümkün olmadığını dedi: "Mini ətəkdə olan qızlar spirtli içkilər qəbul edib, müştərilərlə əylənirlər. Söyüş eşitməkdən və əxlaqsız hərəkətlər görməkdən bezmişik. Zirzəmi yaxınlıqda olduğunda orada baş verən hadisələrə biz də şahid oluruq. Azyaşlı uşaqlar və gələn qonaqlar əxlaqsızlıq yuvasından xəbər tutmasınlar deyə "masaj salonu"nun məhəlləyə tərəf açılan pəncərəsini sındırdım və bağladım. Elə vaxtlar olur ki, "masaj salonu"ndan qaçmağa başlayırlar. Ona görə də, pəncərənin dəmir barmaqlıqlarını da sındırıblar ki, yoxlama olanda qaça bilsinlər. Sizin vasitənizlə aidiyyatı orqanlardan xahiş edirik ki, bu rəzaləti aradan qaldırsınlar və əxlaqsızlıq yuvasını bağlasınlar".

Musavat.com-a bu məsələ ilə bağlı açıqlama verən DİN-nin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bu barədə onun təmsil etdiyi quruma hər hansı bir şikayətin daxil olunmadığını bildirdi: "Əgər, həmin ünvanla bağlı hər hansı bir şikayət varsa, ərizə ilə müraciət edə bilərlər. Və yaxud problemlə bağlı həmin ərazidə yerləşən polis şöbəsinə müraciət etsinlər".