- Köhnə - Cəmiyyət
- 11 Yanvar 2016 12:38
- 7 572
RYTN-də daha bir direktor işdən çıxarıldı - Müavinləri qovuldu

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Nail Mərdanov vəzifəsindən azad edilib.
Nail Mərdanovun yerinə artıq yeni təyinat da olub.
Belə ki, Elnar Əsədov MHM-in direktoru vəzifəsinə təyin edilib.
Məlumata görə, adı çəkilən qurumda direktor müavinlərinin də işdən azad olunduğu bildirilir.
Nail Mərdanov 2004-cü ildən MHM-də direktor vəzifəsində çalışırdı.
Xeberler.az