Bu gün Xəzər dənizinin Türkmənistan sektorunda cəsədi tapılan neftçi Mübariz Qasımov torpağa tapşırılacaq. Bu gün Xəzər dənizinin Türkmənistan sektorunda cəsədi tapılan neftçi Mübariz Qasımov torpağa tapşırılacaq.

Neftçimiz torpağa tapşırıldı - Yenilənib, Video

Bu gün Xəzər dənizinin Türkmənistan sektorunda cəsədi tapılan neftçi Mübariz Qasımov torpağa tapşırılacaq.


AzNews.az xəbər verir ki, mərhumun dəfn mərasimi bu gün Tovuz rayonunun Aşağı Mülkülü kəndində keçiriləcək.

Xatırladaq ki, Mübariz Qasımovun cəsədi yanvarın 11-də Xəzər dənizinin Türkmənistan sektorunda tapılıb. Fövqəladə Hallar Nazirliyi və SOCAR-ın "Azneft" İstehsalat Birliyi tərəfindən görülmüş birgə tədbirlər nəticəsində neftçinin meyidi BE-200ÇS amfibiya tipli təyyarə vasitəsi ilə ölkəyə gətirilib.


10:58
***


"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəza nəticəsində itkin düşən və Xəzər dənizinin Türkmənistan sektorunda meyiti tapılan neftçi Qasımov Mübariz Dilqəm oğlu dəfn olunub. Mübariz Qasımovun cənazəsi Tovuz rayonunun Aşağı Mülkülü kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində SOCAR-ın və Tovuz Rayon İcra Hakimiyyətinin, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.



Sevinc YASİNQIZI