Dövlət Gömrük Komitəsi bəzi mətbu orqanlarında yayılan məlumatla bağlı açıqlama yayıb. Dövlət Gömrük Komitəsi bəzi mətbu orqanlarında yayılan məlumatla bağlı açıqlama yayıb.

Dövlət Gömrük Komitəsindən KİV-lərə - Xəbərdarlıq

Dövlət Gömrük Komitəsi bəzi mətbu orqanlarında yayılan məlumatla bağlı açıqlama yayıb.


Komitədən AzNews.az-a verilən məlumata görə, bu gün bəzi kütləvi informasiya vasitələrində "Gəncə Gömrük İdarəsinin rəisi qanunsuz əlvan metal biznesini himayə edir?" başlıqlı həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yer alıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, "Camaloglu LTD" şirkəti ixrac əməliyyatlarını gömrük qanunvericiliyinə uyğun olaraq həyata keçirir və adları hallanan gömrük əməkdaşlarının guya qeyri-qanuni ixrac əməliyyatlarında iştirakı faktı da tam məqsədli şəkildə bu şər və böhtan xarakterli məlumatlarda qeyd olunur.

Dövlət Gömrük Komitəsi bir daha bütün media qurumlarını və onların əməkdaşlarını ölkə qanunlarına hörmət etməyə çağırır.

"Yalan və böhtan xarakterli məlumat yayanlar bilməlidir ki, yaydıqları həqiqətə uyğun olmayan məlumata görə özləri də qanun qarşısında cavab verəcəklər".