Türkiyəyə imtahan verməyə yola düşən azərbaycanlı tələbə İbrahim Fərhadlının (Hacıyev) səhhəti İstanbulda qəfildən pisləşib. Hazırda ölüm ayağında olan İbrahimin ciddi dəstəyə ehtiyacı var. Türkiyəyə imtahan verməyə yola düşən azərbaycanlı tələbə İbrahim Fərhadlının (Hacıyev) səhhəti İstanbulda qəfildən pisləşib. Hazırda ölüm ayağında olan İbrahimin ciddi dəstəyə ehtiyacı var.

Azərbaycanlı tələbə İstanbulda ölüm ayağında - Bank hesabları

Türkiyəyə imtahan verməyə yola düşən azərbaycanlı tələbə İbrahim Fərhadlının (Hacıyev) səhhəti İstanbulda qəfildən pisləşib. Hazırda ölüm ayağında olan İbrahimin ciddi dəstəyə ehtiyacı var.


AzNews.az bu barədə qardaşı Məcidin "Qafqazinfo"ya ünvanladığı məktubu təqdim edir:

"Qardaşım İbrahim Fərhadlı ailəmizin sonbeşiyidir. Bakı Dövlət Universitetində pulsuz təhsilini müvəffəqiyyətlə bitirdikdən sonra magistratura təhsili qazandığı İstanbul Texniki Universitetində imtahana girmək üçün 1 həftə əvvəl İstanbula getmişdi.

Təyyarədən endikdən sonra İbrahimin halı dəyişib, müayinə üçün qaldığı yerə yaxın xəstəxanaya aparılıb (Medipol Mega Universite Xəstəxanası) ve orada ALL (Acute Lymphoblastic Leukemia) tipli Leykoz diaqnozu qoyulub.

Vəziyyəti çox ağır olduğundan həkimlər imtahanın ikinci mərhələsinə girməyinə belə izn vermədilər və qardaşım dərhal reanimasiya şöbəsinə yatırıldı. Bu xəstəxanada bizə cəmi 2 gün içərisində 40,000 TL (təxminən 13,300 ABŞ dolları) borc yazdılar. Medipol bizim getdikcə artan bu miqdarı tək başımıza ödəyə bilməyəcəyimizi öyrəndikdən sonra yerindən tərpənməsi belə təhlükəli olan qardaşımı artıq xəstəxanada saxlamaq istəmədi. Dostların köməkliyi ilə qardaşımı başqa bir xəstəxanaya köçürməli olduq.

İbrahim indi "Acıbadem Üniversitesi Atakent Xəstəxanası"ndadır (Ünvan: Halkalı Merkez, Turgut Özal Blv No:16, 34303 İstanbul/Küçükçekmece/Halkalı, Türkiyə) və artıq mübarizə apardığı B-ALL tipli Leykoz xəstəliyinin müalicəsi üçün kimyaterapiya prosesinə başlanılıb.

30 günlük kimyaterapiya kursunun və xəstəxana xərclərinin ilkin miqdarı 40,000 (qırx min) ABŞ dollarıdır. Daha sonra allogen transplantasiya (sümük iliyinin koçürülməsi) üçün isə əlavə 40,000 (qırx min) ABŞ dollarına ehtiyac olacaq. Bundan əlavə kimyaterapiya müddətində bəzi dərmanlar lazım olur ki, onların da hər birinin minimum 2,000 Avro dəyərində olduğu deyilir (məsələn, dünən alınan Oscarpan adlı dərmanın bir flakonuna 2,300 Avro ödəməli olduq).

Bütün bunları qarşılayacaq maddi gücümüz yoxdur və sizin dəstəyinizə ehtiyacımız var. Sizdən xahiş edirəm, bu barədə əlinizdən gələni əsirgəməyin. Özünüzün imkanınız olmasa, kömək edə biləcəklərə səsimizi duyurun. Yardım edəcəyiniz hər bir qəpik, hər bir manat qardaşımın yaşaması üçün bir ümid işığıdır! Xahiş edirəm, kömək edin!"

İbrahimin ailəsi:


Atası: Hacıyev Tərlan Fərhad oğlu (+994 55 203 1905)

Anası: Süleymanova Leyla Bədrəddin qızı

Qardaşları: Hacıyev İsmayıl Tərlan oğlu (İstanbulda yaşayır: +90 555 533 1905),

Hacıyev Mikayıl Tərlan oğlu (Bakıda yaşayır, Azerfon-da işləyir: +994 70 201 1530)

Mikayıl Hacıyev adına açılmış Azərbaycandakı Bank hesabı:

Hesab nömrəsi: AZ87MOSZ41010944130279487001

Hesabın sahibi: Hacıyev Mikayıl

Bank: QSC "Bank Standard" KB

SWIFT: MOSZAZ22

Müxbir hesab: AR AMB MƏİ-də AZ66NABZ01350100000000003944

Kod: 502337

VÖEN 9900006801


İsmayıl Hacıyevin Türkiyədəki Bank hesab nömrələri:

VACİB: Açıqlama bölməsində Yardım, bağış kimi sözlərdən istifadə etməyin. Kampaniya keçirməyə izacə verilmir, hesaba bank blok qoya bilər.

Bank detalları paylaşılmış şəkildə əks olunub. Qeyd hissəsində Yardım olduğunu bildirməyək, məsələn "İbrahimə" yazaq. Çünki, byardım kampaniyası üçün bankdan xüsusi icazə almaq lazımdır. İndiki halda bankın xəbəri olsa yığılmış məbləği bloka sala bilər.

Yardımı nağd olaraq çatdırmaq istəyənlər üçün isə aşağıdakı insanlara müraciət edə bilərsiniz:

Teymur – +90 530 615 4964 (İstanbul)

Huseyn – 0702012021 (Bakı) / Kamal – 0702011543 (Bakı) / Rəşid – 0556232436 (Bakı).