“Yanvar ayı ərzində “ASAN Xidmət” mərkəzlərindən uşaqlara qoyulan adlarla bağlı bizə 20-yə yaxın müraciət daxil olub”. “Yanvar ayı ərzində “ASAN Xidmət” mərkəzlərindən uşaqlara qoyulan adlarla bağlı bizə 20-yə yaxın müraciət daxil olub”.

Uşağına Lumu və Peşiman adı qoymaq istədi

“Yanvar ayı ərzində “ASAN Xidmət” mərkəzlərindən uşaqlara qoyulan adlarla bağlı bizə 20-yə yaxın müraciət daxil olub”.


Bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

O bildirib ki, "ASAN Xidmət" mərkəzlərindən daxil olan müraciətlər zamanı valideynlərin yeni doğulan körpələrinə "Arsen", "Mutluay", "Mutlugün", "Peşiman" və "Lumu" adlarını qoymaq istədikləri məlum olub.

Sədr müavinin sözlərinə görə, valideynlərə bu adların uşaqlara verilməsinin qanuna müvafiq olmadığı izah olunub: "Nəticədə uşaqlara həmin adlar qoyulmadı".

S. Sadıqova qeyd edib ki, son zamanlar adların düzgün yazılışı ilə bağlı müraciətlərin sayı artıb.

APA.az