Hadisə Zimbabvedə "Mono pools" adlı heyvanxanada baş verib Hadisə Zimbabvedə "Mono pools" adlı heyvanxanada baş verib

Turist filin şəklini çəkmək istədi və sonda öldü

Hadisə Zimbabvedə "Mono pools" adlı heyvanxanada baş verib

49 yaşlı bir alman turist yaxından şəklini çəkmək istədiyi filin altında qalaraq dünyasını dəyişib.

Hadisə Zimbabvedə "Mono pools" adlı heyvanxanada baş verib.

Park işçilərinin dediklərinə əsasən bir qrup turisti daşıyan avtobus fil sürüsü ilə qarşılaşıb. Adı açıqlanmayan alman turist avtobusdan enərək fillərin şəklini çəkməyə çalışıb.

Bundan sonra qadın ürkən fillərdən birinin hücumuna məruz qalaraq, ciddi xəsarət alıb. Park işçilərinin yardımı ilə xəstəxanaya yerləşdirilən turist dünyasını dəyişib.

“Turistlərə xəbərdarlıq edirik”...

Park rəhbərliyi hər zaman turistlərə heyvanlara çox yaxınlaşmamaq mövzusunda xəbərdarlıq etdiklərini bildirdi. " Bədbəxt hadisə bu bölgədə yaşanan ilk belə hadisə deyil, müxtəlif illərdə burada belə hallar baş verib"- deyə əlavə etdi.

2017-ci ildə “Victoria” şəlalələrinin yaxınlığındakı bir turist müəssisəsində işləyən bələdçilər fillərin hücumuna məruz qaldıqdan sonra ölüb. Hadisənin üzərini örtmək üçün müəssisə rəhbərliyi fillərin öldürülməsini tələb etmişdi.

Həmin ildə digər buna bənzər digər belə bir hadisə yaşandı. Belə ki, amerikalı fotoqraf fillərin şəklini çəkmək istəyərkən, onların hücumuna məruz qalaraq dünyasını dəyişib.

Aparılan araşdırmaya görə bu ərazidə demək olar ki, hər il fillərin hücumu nəticəsinə ölüm halı baş verir. (Musavat.com)