Bu ideyanın 2021-cildə reallaşacağı gözlənilir Bu ideyanın 2021-cildə reallaşacağı gözlənilir

Uber dronla yemək sifarişini həyata keçirəcək - 2021-ci ildə

Bu ideyanın 2021-cildə reallaşacağı gözlənilir

ABŞ-ın "Uber Technologies" şirkəti 2021-ci ildə dronla yemək sifarişini həyata keçirəcək.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı "The Wall Street Journal" nəşri yayıb.

Şirkət bu ideyasını reallaşdırmaq üçün öz saytında mütəxəssisləri işə cəlb edib. Ancaq sonralar həmin elan saytdan silinib.

Yeni xidmətin işləməsindən sonra Uber öz gəlirini artırmaq niyyətindədir. Onun gəliri hazırda 120 milyard dollardır.

Ekspertlərin fikrincə, şirkət gələcəkdə çətinliklə üzləşə bilər. Misal üçün, dronların daimi çalışmalarında problem yaranması ehtimalının böyük olduğu deyilir.

Qeyd edək ki, Uber 2009-cu ildə Trevis Kalanik və Qarret Kemp tərəfindən yaradılıb. Şirkət əsasən sərnişinlərin və yeməklərin daşınması xidmətini göstərir.

Babək Göyüş

© AzNews.az