Heykəlin hündürlüyü 1,95 metr, uzunluğu isə 3,95 metrdir. Heykəlin hündürlüyü 1,95 metr, uzunluğu isə 3,95 metrdir.

Azərbaycanlı iş adamından maraqlı sifariş - Fotolar

Heykəlin hündürlüyü 1,95 metr, uzunluğu isə 3,95 metrdir.

Türkiyədə metalla müxtəlif fiqurlar hazırlayan sex sahibi Rıdvan Sevimin son sifarişçisi azərbaycanlı iş adamı olub.

Bursada yaşayan Sevim 320 kilo ağırlığındakı buğa heykəlini 12 nəfərlik heyətlə 15 günə hazırlayıb.

Heykəlin hündürlüyü 1,95 metr, uzunluğu isə 3,95 metrdir. Sənətkarın sözlərinə görə, iş başa çatdıqdan sonra onun fotosunu sosial şəbəkə hesabında paylaşıb. Bundan sonra Bakıda yaşayan iş adamı heykəli görərək almaq üçün onunla əlaqə saxlayıb.

Sex sahibinin sözlərinə görə, əldə ediləcək pulla 50 fiziki əngəlli şəxsə batareyalı əlil arabası alınacaq.(qafqazinfo.az)



© AzNews.az