• Toplum
  • 14 İyun 17:12
  •  1 089

Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslər bu tarixədək ləğv edilib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı –Təbriz–Bakı marşrutu üzrə reysləri iyun ayının sonunadək ləğv edib.

Aznews.az bu barədə QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edək ki, aviaşirkət bu ilin iyun ayının 15-dən Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslərə başlamağı planlaşdırırdı. Bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetirilməsi gözlənilirdi.