- İşin içi
- 12:16
- 1 255
Azərbaycanın turizm xidmətləri balansında 9 ayda 320 milyon dollar profisit olub
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın nəqliyyat xidmətləri balansı 320 milyon ABŞ dolları profisit nümayiş etdirib.
Aznews.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
"Profisit əsasən ölkəyə gələn xarici turistlərlə əlaqədardır. Bu dövrdə Azərbaycana xaricdən 1,948 milyon nəfər, ölkədən xaricə isə 1,605 milyon nəfər turist səyahət edib", - deyə o qeyd edib.