Ermənistan Azərbaycandan keçməklə yeni taxıl qatarının gəlməsini gözləyir

Ermənistanda Azərbaycan və Gürcüstan üzərindən keçməklə yeni taxıl qatarının gəlməsini gözləyirlər.

Aznews.az xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin iqtisadiyyat naziri Qevork Papoyana istinadən məlumat yayıb.

Nazirin verdiyi məlumata görə, bu yaxın günlərdə baş verəcək. Lakin o, taxıl partiyalarının dəqiq olaraq İrəvana çatma tarixini və tədarük edən ölkəni açıqlamayıb.

Azərbaycan vasitəsilə neft məhsullarının da tədarükü ilə bağlı nazir detalları təqdim etməyib. Bildirilib ki, məlumat yalnız vaqonlar ölkəyə çatdıqdan sonra açıqlanacaq.