Almaniyada işdə musiqi dinləmək olarmı?

Musiqi zövqü fərqlənən rəis iş yerində radionu qadağan edə bilməz.

Daimi və ya müvəqqəti yaşamaq üçün Avropaya köçmüş həmvətənlərin yeni ölkənin cəmiyyətinə tam inteqrasiya etmələrinə vaxt lazımdır. Məsələn, Almaniyaya gəlməmişdən əvvəl bu ölkənin ofislərində musiqi dinləmək qaydalarını immiqrantların və repatriantların heç də hamısı bilmir. Belə ki, musiqi zövqü fərqlənən rəis iş yerində radionu qadağan edə bilməz.

Əmək Mübahisələri üzrə Almaniya Federal Məhkəməsinin bu yaxınlarda qəbul etdiyi qərarda belə deyilir. Bununla belə, narazılığını bildirən həmkarların və müştərilərin sayı çoxdursa, prinsip etibarilə musiqini kəsmək olar. Belə olan halda musiqi dinləyən əməkdaş qulaqlıq taxmalıdır.

Buna baxmayaraq, musiqiyə qadağa qoymaq mümkündür Məsələn, musiqi diqqəti cəmləməyə mane olduqda və ya istehsalat səhvlərinə gətirib çıxardıqda istehsalat şurasının razılığı ilə onu dayandırmaq olar.(AZƏRTAC)

© AzNews.az