Almaniyada 18 metrlik yeni il ağacı rekord qırıb Almaniyada 18 metrlik yeni il ağacı rekord qırıb

Almanlar bankadan 18 metrlik yolka düzəltdilər - FOTO

Almaniyada 18 metrlik yeni il ağacı rekord qırıb

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın şərqində, Thüringen əyalətində yeni il ağacı düzəldilib.

Könüllülər tərəfindən 2790 içki bankasından qurulan yeni il ağacının uzunluğu 17 metr 88 santimetrdir.

Ağacın hazırlanmasında təşkilatçılıq edən “We4kids” adlı qurumun üzvü olan Bernd Lehmann, bu işlə Almaniyadakı uşaqlar arasında yoxsulluğa və könüllülüyə diqqət çəkmək istədiklərini açıqlayıb.

Lehmann, qış və külək imkan versə, yeni il ağaclarının yanvar ayının ilk günlərinə qədər qalacağını və qonaqların bunu görə biləcəyini deyib.

Qeyd edək ki, bundan öncə Almaniyada hazırlanan ağacda 1200 içki bankasından istifadə edilib. Onun uzunluğu 12 metr idi. Şri Lankada 2016-cı ildə hazırlanan, 600 min LED işıqdan qurulan və 57 metr hündürlüyündə olan yeni il ağacı isə dünya üzrə rekordunu qoruyur.

Pərvanə AĞAZADƏ
AzNews.az