İnsanlar piknik edərək və ya dənizə girərək yeni ili qeyd edirlər İnsanlar piknik edərək və ya dənizə girərək yeni ili qeyd edirlər

Müxtəlif ölkələrin Yeni il inancları

İnsanlar piknik edərək və ya dənizə girərək yeni ili qeyd edirlər

Yeni ilin gəlişini hər xalq, hər ölkə bir cür qeyd edir. Belə ki, onların qeyd etmə anlayışlarına inancları birbaşa təsir edir.

AzNews.az bir neçə ölkənin Yeni il inancını təqdim edir:

Çinlilər Yeni ili qeyd etməyə başlamazdan əvvəl ötən ildən qalma pis şansları göndərmək məqsədilə evlərində təmizlik işləri edirlər. Bundan əlavə şans və bərəkət gətirməsi üçün evlərinə müxtəlif çeşiddə çiçək və bitkilər alır, qırmızı zərflərdə uşaqlara pul hədiyyə edirlər.

Yaponlar Yeni ili qarşılayarkən həm pis ruhları qovması, həm də xoşbəxtlik gətirməsi üçün qapılarına ip asırlar. Saat 00:00-ı göstərəndə isə qəhqəhə ilə gülməyə başlayırlar. Bunun səbəbi isə sevincli və şanslı il keçirməkdir.

Hollandiyada həm əvvəlki ilin ruhlarını göndərmək, həm də gələcək ili qarşılamaq üçün küçələrdə şam ağaclarını yandırırlar.

İsveçrədə Yeni ildə insanlar yaxşı və pis ruhları xatırladan müxtəlif çeşidli paltarlar və papaqlar geyinərək ili qarşılayırlar.

Almaniyada insanlar əridilmiş qurğuşunu soyuq suya ataraq , yaranan qurğuşun formasından ilin necə olacağını təxmin etməyə çalışırlar.

Danimarkalılar köhnə boşqabları Yeni il üçün saxlayırlar. Gecə yarısından əvvəl ən çox istədikləri dostlarının qapılarının qarşısında qıraraq həm sevdiklərini , həm də pis şanlardan qurtarmış olduqlarını göstərmiş olurlar.

İspaniyada ən önəmli adət üzüm yeməkdir. Saatlar gecə yarısını keçməmiş hamı 12 üzüm dənəsini hazırlayır və saat tam 00:00-ı olanda yeyirlər.

Şotlandiyada saatlar gecə 12 olmamış yaxın adamların evine “ilk ayaq” basmaq üçün yarış başlayır. İlk ayaq basanlar getdikləri evə pul, çörək, duz, kömür, viski kimi bolluq simvollarını da götürürlər.

Avstraliya cənub yarım kürəsində olduğundan Yeni il yaya düşür. Ona görə də insanlar piknik edərək və ya dənizə girərək yeni ili qeyd edirlər.

Çilidə gecə, il girəndə bir qaşıq mərci yeyənlərin bütün ilinin iş və pulla dolu bir il olacağına inanırlar. Həmçinin evin zibilini içəridən çölə doğru süpürəndə bütün pisliklərdən qurtulmuş olacaqları inancı da var.

Yeni Zelandiyada yeni ilə girəndə hər kəs küçələrə çıxır və yüksək səslə qazan-tavanı bir birinə vururlar.

Argentinada sağ ayağınızı qabağa uzatsanız ilə sağ ayaqla girmiş olacaqsınız. Bütün iliniz gğzəl keçəcək.

Kolumbiyada boş çamadanla küçədə gəzərsəniz bütün ili səyahət edəcəksəniz anlamına gəlir.

Filippində yumru şəkilli cisimlər qızıl pulları xatırlatdığı üçün bərəkət simvolu sayılır. O məqsədlə süfrəyə yuvarlaq şəkilli meyvələrin qoyulması şərtdir. Hətta 12 yuvarlaq meyvə yemək də adətdəndir.

Panamada məşhurların “muneco” deyilən və pis ruhları təmsil edən kuklaları yandırılır.

Rusiyada insanlar arzularını kiçik kağızlara yazaraq yandırırlar. Sonra yanmış kağızı şampan qədəhinə atıb içirlər. Beləliklə, arzularına çatmış olacaqlarına inanırlar.

Səidə Nurməmmədli
AzNews.az