“İqlim dəyişikliyini inkar etmirəm, amma istilər əvvəlki halına qayıdacaq”. “İqlim dəyişikliyini inkar etmirəm, amma istilər əvvəlki halına qayıdacaq”.

Trampın adı bu canlıya qoyuldu - Səbəb

“İqlim dəyişikliyini inkar etmirəm, amma istilər əvvəlki halına qayıdacaq”.

Başını quma basdıran canlıya Donald Trampın adı verilib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, canlıya bu adı layiq görənlər iqlim dəyişikliyinə biganə qalan Donald Trampdan intiqam aldıqlarını deyib.

“Enviro Build” adlı şirkətin qurucularından biri Aidan Bell bunun üçün hərracda 25 min dollar təklif edib. O, verdiyi açıqlamada “Demorphus donalditrumpi" iqlim dəyişikliyinə ən həssas canlılardan biridir. Adaşının iqlim siyasətinə görə nəsli tükənmək riski ilə üz-üzədir” deyə bildirib.

Trampın adaşı olan canlı yerin altında yaşayan bir növ ayaqsız amfibikdir. Yəni həm quruda, həm də suda yaşaya bilir. Bell ABŞ prezidenti ilə bu canlı arasındakı bağlantını belə qurub:

“Ona başını torpağa basdırmağa Trampın iqlim dəyişikliyi ilə bağlı elmi reallıqlara biganə qalması kömək edir”.

Dünyanın qabaqcıl alimləri iqlim dəyişikliyinin ən başda insanlar vasitəsilə sürətləndiyini bildirir.

Tramp oktyabr ayında CBS kanalında “İqlim dəyişikliyini inkar etmirəm, amma istilər əvvəlki halına qayıdacaq” deyib. O, bu sözlərini hər hansı bir sübuta əsaslandırmadığı üçün sosial mediada sərt reaksiyalara məruz qalmışdı.

Qeyd edək ki, “Enviro Build” ətraf mühitin dostu olan bir inşaat şirkətidir.

Pərvanə Ağazadə

AzNews.az