Bu proses üçün cəmi 5500 dollar xərclənəcək. Bu proses üçün cəmi 5500 dollar xərclənəcək.

Ölüləri məzara dəfn etmək əvəzinə ...

Bu proses üçün cəmi 5500 dollar xərclənəcək.

Bu dünyadan köçənlər üçün təşkil olunan dəfn mərasimlərinin (tabutda basdırma və ya yandırma) çox bahalı olduğunu deyən “Recompose” adlı şirkət qəribə bir təkliflə dünyanın diqqətini cəlb edib.

AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın Vaşington ştatında yerləşən “Recompose” ölülərin cansız bədənlərini kübrələşdirmək üçün yeni bir taktika tapıb.

Bu üsulu dünyanın dörd bir yanında tətbiq etmək istədiklərini deyən şirkət tərtib etdiyi layihə ilə dəfn və ya yandırma prosesi üçün xərclənən maliyyəni azaldacağını deyib.

Şirkət bu layihənin gerçəkləşdirilməsinin icazəsini ala bilsə, Vaşington ölülərin kübrəyə çevrildiyi ilk yer olmaq özəlliyini də daşıyacaq.

Şirkət digər proseslərlə nisbətdə bu proses üçün cəmi 5500 dollar xərclənəcəyini bildirib.

Nigar CƏFƏR

AzNews.az

image description