“Maşa və Ayı” Ginnes rekordçusu oldu - VİDEO

Sözügedən epizod videoportala hələ 2012-ci ildə yüklənib.

Rusiyanın dünyaca məşhur “Maşa və Ayı” cizgi filminin “Maşa + Kaşa” adlı seriyası “YouTube”un ən populyar animasiya çarxı kimi Ginnessin Dünya rekordları kitabına düşüb.

Bu barədə “Animakkord” studiyasının mətbuat xidməti məlumat yayıb.

Sözügedən epizod videoportala hələ 2012-ci ildə yüklənib. Həmin vaxtdan bəri cizgi filmi 3,4 milyard baxış sayı qazanıb. “Maşa + Kaşa” “YouTube” tarixində ən çox izlənilən beş videodan biridir.

Qeyd edək ki, çoxseriyalı cizgi filmi 2009-cu ildə təqdim olunub. Animasiya 36 dilə tərcümə edilib, dünyanın 100-dən çox ölkəsində yayımlanıb. “Maşa və Ayı” cizgi filminin bütün seriyalarına ümumi baxış sayı “YouTube”da 42 milyardı ötür.(oxu.az)

© AzNews.az