Nazirlik saxta xəbərlərin qarşısını almaq üçün yeni proqram yaradıb. Nazirlik saxta xəbərlərin qarşısını almaq üçün yeni proqram yaradıb.

Sosial şəbəkədə saxta xəbərlərin qarşısı belə alınacaq

Nazirlik saxta xəbərlərin qarşısını almaq üçün yeni proqram yaradıb.

İsraildə yaradılan yeni proqram əlavəsi vasitəsilə insanlar saxta profillərin bağlanması üçün məlumat bildirə biləcəklər.

AzNews.az xəbər verir ki, nazirlik və "Commun.it" texniki şirkəti dezinformasiya yayan sosial şəbkədə informasiya mübadiləsi aparan proqram hazırlayıb. Təşəbbüs ölkədə vaxtından əvvəl keçirilən seçkilərdən sonra baş verən hadisələrə görə nazirliyin reallaşdırdığı bir neçə aylıq əməliyyatlardan sonra ortaya çıxıb.

"Twitter"də beş xarici hesab İsrail KİV-ində saxta xəbərlər yaymaq cəhdinə görə jurnalistləri təqib edirdi. Onlardan ikisi "Yerusəlim Post"da belə bir problemin olduğunu bildirib.

Belə yaradılmış saxta saytlardan biri guya Harvard universitetinin araşdırma institutunun saytı idi. Bu sayt iddia edirdi ki, Mossadın keçmiş rəhbəri Tamir Pardo keçmiş müdafiə naziri Aviqdor Libermanı rus casusu olmaqda ittiham edirdi.

İkinci cəhd rus və ərəb saytlarından olub. İddia olunurdu ki, İsrailin İsveçdəki səfiri ABŞ və Yəməndəki husilər arasında vasitəçi rolunu oynayır.

Hər bir halda, bu mesaj elə görünür ki, sanki Avropadan gəlib, saxta tarixə qanunilik vermək İsrail jurnalistlərilə əlaqədardır.

Hər bir hesab yüzlərlə "bot"la əlaqədardır - "Twitter"dəki hesablarla, insanlar tərəfindən yox, robotlar tərəfindən. Bunun sayəsində hesab çox real görünür. Həmin hesabı izləyirsən, paylaşımlarını da retvit edirsən.

Fəridə Abdulla
AzNews.az