Piton bəzi araşdırmalar üçün istifadə ediləcək Piton bəzi araşdırmalar üçün istifadə ediləcək

ABŞ-da nəhəng ilan tutuldu

Piton bəzi araşdırmalar üçün istifadə ediləcək

ABŞ-ın Florida ştatında uzunluğu 5.2 metr olan və 73 yumurta daşıyan Birmanya pitonu ələ keçirilib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmaçılar təxminən 64 kiloqram ağırlığında olan pitonu Floridanın cənubundakı Everglades bölgəsində tapıb.

Alimlər qeyd ediblər ki, bu piton Cənubi Asiya iqliminə uyğunlaşsa da Everglades bölgəsinin tropik iqlimində də yaşaya bilər.

Rəsmilər Mayami ətrafındakı bataqlıqlarda təxminən 100 min pitonun yaşadığını təxmin edirlər. Onların fikrincə, həmin ilanların artımı nəzarət altında saxlanılmalıdır.

Tutulan pitonun bəzi araşdırmalar üçün istifadə ediləcəyi deyilir.

Pərvanə Ağazadə

AzNews.az