Bu barədə şirkətin hesabatına istinadən CNBC bildirib Bu barədə şirkətin hesabatına istinadən CNBC bildirib

“Facebook”u 5 milyard dollar cərimə gözləyir

Bu barədə şirkətin hesabatına istinadən CNBC bildirib

ABŞ-ın Federal Ticarət Komissiyası (FTK) istifadəçilərin şəxsi məlumatlarının sızmasına görə "facebook" sosial şəbəkəsini 5 milyard dollar məbləğində cərimə edə bilər.

Bu barədə şirkətin hesabatına istinadən CNBC bildirib.

"Facebook"un 2019-cu ilin birinci rübü ərzindəki gəlirləri ilə bağlı hesabatda qeyd edilir ki, Federal Ticarət Komissiyası sosial şəbəkəni 3 milyard dollar məbləğində cərimə edə bilər. Bununla yanaşı, cərimənin maksimal məbləğinin 5 milyard dollara qədər arta biləcəyi də vurğulanır.

"Problem həll edilməmiş qalır və FTK-nin yekun qərarı yoxdur", - sənəddə vurğulanır.

Daha əvvəl "Facebook"a məxsus sosial şəbəkələrdə, o cümlədən "Instagram", "Whatsapp" və "Messenger" proqramlarının işində problem yaranıb.(report.az)

AzNews.az