Ukrayna Müdafiə Nazirliyi: İsveç ən böyük hərbi yardım paketlərindən birini hazırlayır

İsveç Ukraynaya təhlükəsizlik sahəsində ən böyük yardım paketlərindən birini hazırlayır.

AzNews.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Ukrayna müdafiə naziri Mixail Fedorov İsveçin müdafiə naziri Pol Yonsonla PURL vasitəsilə ballistik təhdidlərə qarşı mübarizə, müdafiə innovasiyaları üçün "Brave–Sweden" proqramının işə salınması, "Gripen" təyyarələrinin və "Meteor" raketlərinin ötürülməsi məsələlərini müzakirə edib", – deyə açıqlamada bildirilir.

Qeyd olunur ki, İsveç tərəfi genişmiqyaslı yardım paketi hazırlayır. Paketə Saab şirkətinin istehsalı olan hava hücumundan müdafiə vasitələri və radiolokasiya stansiyaları, həmçinin Ukraynanın müdafiə-sənaye kompleksinə yatırımlar – əlavə radioelektron mübarizə sistemləri və "deep strike" daxil olmaqla dronlar daxildir.

Fedorov Ukraynanın müdafiəsinə ardıcıl dəstəyə və yeni investisiyalara görə İsveçə təşəkkür edib. Tərəflər bir neçə əsas əməkdaşlıq istiqamətinə ayrıca diqqət yetiriblər.

Nazirliyin məlumatına görə, hava hücumundan müdafiənin gücləndirilməsi və ballistik təhdidlərə qarşı mübarizə sahəsində Ukrayna və İsveç PURL təşəbbüsünə əlavə töhfələr verməklə Ukrayna Silahlı Qüvvələrini kritik silahlarla, xüsusən ballistik raketlərə qarşı müdafiə vasitələri ilə təmin etməyi planlaşdırırlar.

Bundan əlavə, İsveç ərazisində təhlükəsizlik sahəsində birgə istehsalın başlanması müzakirə olunub.

Söhbət zamanı tərəflər aviasiya komponentinə dair məsələləri də ətraflı müzakirə ediblər – xüsusən Gripen təyyarələrinin və Meteor raketlərinin ötürülməsi imkanlarını. Bu silahlar idarəolunan aviasiya bombaları daşıyan təyyarələrə qarşı mübarizədə əsas vasitələr hesab olunur.