45 il günahsız yerə həbsdə qaldı - 1.5 milyon dollar kompensasiya aldı

“Törətmədiyim cinayəti qəbul etməkdənsə, həbsdə ölərəm”

ABŞ-da törətmədiyi cinayətə görə 45 il həbsdə qalan şəxsə 1.5 milyon dollar ödənilməsinə qərar verilib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, 1972-ci ildə 27 yaşında olarkən ABŞ-ın Miçiqan ştatında cinayətdə təqsirli bilinərək həbsə göndərilən və 2018-ci ildə günahsız olduğu aşkarlanan Riçard Filipsə 1.5 milyon dollar ödənilməsinə qərar verilib.

Hazırda 73 yaşında olan Filips keçən il “WDIV” kanalına verdiyi müsahibədə “Törətmədiyim cinayəti qəbul etməkdənsə, həbsdə ölərəm” deyə bildirib.

“Deutsche Welle Türkçe”nin xəbərinə görə, həbsxanada çəkdiyi rəsmləri sataraq yaşayan Filipsin gözləmə müddəti Miçiqan Ali Məhkəməsinin 1.5 milyon dollarlıq kompensasiya qərarı ilə nəticələnib.

Filips haqqında verilən bu qərar ölkədə bu günə qədər verilən ən yüksək üç kompensasiya hökmündən biridir.

Pərvanə Ağazadə

AzNews.az