Ay tutulması Azərbaycanda müşahidə olunmayıb Ay tutulması Azərbaycanda müşahidə olunmayıb

İkinci Ay tutulması başa çatdı

Ay tutulması Azərbaycanda müşahidə olunmayıb

Bu ilin sayca ikinci Ay tutulması (qismən) təxminən saat 02:59 radələrində başa çatıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, tutulma saat 00:03-də başlayıb.

Ay tutulması Azərbaycanda müşahidə olunmayıb. Proses Cənubi Amerika, Avropa, Afrika və Avstraliyada müşahidə edilib.

Qeyd edək ki, 2019-cu ildə ilk Ay tutulması (tam) 21 yanvarda baş verib.