- Maraq dairəsi
- 6 Avqust 2019 11:28
- 14 174
Zeytun yarpağının dəri üçün faydaları

Bu, dərinizdəki artıq yağlara, ləkələrə qarşı təbii və sağlam bir qarışıqdır
Zeytunun özü və yarpaqları orqanizmimiz üçün çox faydalıdır. Zeytun yarpağının tərkibindəki maddələrin dərinin üst qatlarından keçərək günəş yanmasına, vaxtından əvvəl yaşlanmaya və dəri xərçənginə səbəb olan Ultra Bənövşəyi B şüalarına qarşı müdafiə rolunu oynadığını bilirsinizmi?
Bu bitki dəridəki açıq yaraları təmizləmə, dəridə meydana gələ biləcək göbələk əleyhinə xüsusiyyətlərə malikdir.
Zeytun yarpağından maska hazırlamaq üçün lazımlı vasitələr:
1. 2 yemək qaşığı quru zeytun yarpağı
2. 1 xörək qaşığı vazelin
3. 1 çay qaşığı zeytun yağı
4.1 stəkan su
Öncə qaba bir stəkan su tökün. Sonra 1 xörək qaşığına vazelin əlavə edin və əridin. Ərimiş vazelin üzərinə 1 çay qaşığı zeytun yağı və 2 xörək qaşığı qurudulmuş zeytun yarpağı əlavə edin və yaxşı qarışdırın. Həmcins maye yaranana qədər qarışdırmağa davam edin. Bitirdikdən sonra 2 dəqiqə gözləyin və dərinizə bir fırça ilə çəkin. 30 dəqiqədən sonra dərinizi ilıq su ilə yuyun. Qarışıq güclü maska olduğundan həftədə bir dəfə tətbiq etmək kifayətdir.
Bu maska dərinizdəki çirk, qırış, sızanaq və qara nöqtələrin qarşısını alır, hamar və yumşaq bir dəri verir. Bu maskadan mütəmadi istifadədən sonra dəriniz sağlam görünüşə sahib olacaq, açıq yaralar tez sağalacaq, göbələk və viruslara qarşı müqavimətiniz artacaq.
Qeyd edək ki, zeytun yarpağı hər dəriyə uyğundur. Quru dərilər üçün nəmləndirici, yağlı dərilər üçün isə yağ balansını saxlamaq xüsusiyyəti daşıyır. Zeytun yarpağı maskası dərinizdəki artıq yağlara, ləkələrə qarşı təbii və sağlam bir qarışıqdır.
Gül Qədirli
AzNews.az