Efiopiyanın paytaxtında Puşkinə heykəl ucaldılır

Heykəlin ümumi hündürlüyü 5-5,5 metr təşkil edəcək

Efiopiyanın paytaxtı Əddis Əbəbədə məşhur rus şair Aleksandr Puşkin və onun ulu babası Abram Hannibala daha bir heykəl ucaldılacaq.

Bürünc heykəlin müəllifi Rusiya və UNESCO-nun Rəssamlar İttifaqının üzvü Aleksey Çebanenko olacaq.

Heykəlin ümumi hündürlüyü 5-5,5 metr təşkil edəcək. Hazırda heykəlin qoyulması üçün şəhərdə uyğun yer axtarılır.

Qeyd edək ki, Əddis Əbəbə şəhərində artıq Puşkinin bir heykəli və onun adına meydan var. Aleksandr Puşkinin ulu babası Abram Hannibalın 1688-ci ildə Efiopiyanın şimalında anadan olduğu ehtimal edilir.(apa.az)

AzNews.az