Limon, duz və qabartma tozu... Limon, duz və qabartma tozu...

Paltarlarınızdakı ləkələrdən bu cür qurtula bilərsiniz

Limon, duz və qabartma tozu...

Yayda müntəzəm olaraq tərləməkdən ya da, tez-tez tərə qarşı vasitələrdən istifadə etməkdən geyimlərimizin qoltuq altlarında saralmalar və ləkələr yaranır.

Nə qədər yuyulsa da çıxmayan bu ləkələr demək olar ki, hamının şikayət etdiyi hallardan biridir.

Əslində bu ləkələrdən qurtulmağın praktik bir yolu var.

AzNews.az sizə bu ləkələrdən paltarlarınızın necə xilas olmasının cavabını açıqlayacaq.

Bunun üçün sizə sadəcə limon, duz və qabartma tozu lazım olacaq.

Limon suyu, duz və qabartma tozunu bir qabda qarışdırın və diş fırçası ilə geyiminizdə tər ləkəsi olan hissələri fırçalayın.

Tər ləkəsi getdikdən sonra paltaryuyan maşına ataraq yuya və ləkələrdən tamamən azad ola bilərsiniz.

Səidə Vahid

AzNews.az

image description